BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: "Bir ailənin məhvinə görə kim məsuliyyətə alınacaq?!"

"Bir ailənin məhvinə səbəb olan yol faciə baş verəndən sonra təmir olunub. Bəs insanların ölümünə baiskar olanlardan, milyonları bunun hesabına mənimsəyənlərdən kim məsuliyyətə alınacaq?! Niyə heç kim vəzifəsindən azad olunmayıb?! Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən cavab gözləyək..."

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

"Heç kim deməsin ki, səbəb sürət idi, yaxud kəmər taxmamışdılar. Bəli, bunlar da səbəbdir. Ancaq dedikləriniz qəzanın ölümlə nəticələnməsinin səbəbləri ola bilər. Ölümün səbəbi isə qəzadır. Qəzanın səbəbi isə birmənalı şəkildə yolda olan nasazlıqdır" - A.İsmayılov qeyd edib.

Nadir

Tarix: 19 Fevral 2022, 23:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin