BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Rusiya səfirliyinə məxsus avtomobil piyadanı vurub - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

“Hyundai” markalı avtomobilin sürücüsü orta yaşlı qadın piyadalar üçün müəyyən edilmiş hissədən keçərkən onu vurub. Qadın ağır xəsarət alıb.

 

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Polisin APA-ya verdiyi məlumata görə, hadisəni törədən sürücü Rusiya səfirliyinin əməkdaşıdır. O, sükan arxasında sərxoş vəziyyətdə olub. Buna görə də sürücü bölməyə aparılıb.

Fotoları təqdim edirik
Tarix: 20 Fevral 2022, 01:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin