BURADA REKLAMINIZ OLA
BİLƏR

Helikopter çimərlik yaxınlığında qəzaya uğrayıb, yaralılar var

ABŞ-ın Florida ştatının Mayami-Biç şəhərində helikopter çimərlik yaxınlığında qəzaya uğrayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə yerli polis tviterdəki səhifəsində bildirib.

 

Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Polis bildirib ki, yaralıların həyatı üçün təhlükə yoxdur. Hüquq-mühafizə orqanlarının yaydığı qəza videosunda həmin an çimərlikdə çoxlu insanın olduğu görünür.

 

Hadisə yerinin fövqəladə hallar xidmətinin işi üçün bağlı olduğu bildirilir.

 

Report

Tarix: 20 Fevral 2022, 02:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin