BURADA REKLAMINIZ OLA
BİLƏR

Fətullah Gülənin yaxın adamı vəfat etdi

Fətullah Gülənə bağlı təşkilatın idarə heyətində olduğu iddia edilən Yusuf Bekmezci 82 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib.

 

Vaxtilə İzmirdə yaxalanan Yusuf Bekmezci FETÖ terror təşkilatında “kadim abi” (qədim qardaş) kimi tanınıb.

 

Həbsxanada saxlanılan Yusuf Bekmezci yanvarın 5-də göz əməliyyatı üçün İzmir Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Əməliyyat zamanı onun ürəyi dayanıb. Həyata qaytarılan Bekmezci reanimasiya şöbəsində müalicə olunurdu. Bekmezci bu gün saat 00:50 radələrində dünyasını dəyişib.

Tarix: 20 Fevral 2022, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin