BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda hakimlərin orta yaşı 51-dir, yəni “Məşədi İbad”dan da qocadırlar”

“Azərbaycanda hakimlərin orta yaşı 51-dir. Yəni “Məşədi İbad”dan da qocadırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

Ə.Həsənov qeyd edib ki, ən yaşlı hakim Rafael Qvaladzedir (74 yaş): “Ən cavan üç hakimin isə 34 yaşı var. Eyni yaşda olan sayca (26 nəfər) ən çox hakimin 45 yaşı var. Yəni mənim həmyaşıdlarımdır. Bu da mənim hakim olmamağım üçün mühüm arqumentlərdən biridir. 45 yaşı olan 26 nəfər məhkəmə sistemini abıra sala bilmirsə, 27-cisi nə edəcək ki? Qoy elə Bakı komissarlarının sayı qədər qalsınlar. Heç olmasa özümüzə təsəlli verərik ki, bu rəqəm bizə düşərli deyil...”

 

Gülər

Tarix: 20 Fevral 2022, 20:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin