BURADA REKLAMINIZ OLA
BİLƏR

Moldova parlamentinin sədri Azərbaycana səfər edəcək

Moldova parlamentinin sədri İqor Qrosu Azərbaycana səfər edəcək.

 

Bu barədə ölkə parlamentinin mətbuat xidməti bildirib.

 

Məlumata əsasən, İ.Qrosu Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə Bakıya səfər edəcək. Səfər fevralın 21-dən 23-dək baş tutacaq.

 

Azərbaycanın parlamenti ilə dostluq qrupunun üzvü olan deputat Vitali Jakot da spikerlə birlikdə Azərbaycana səfər edəcək.

 

Səfər zamanı İ.Qrosu Sahibə Qafarova, Baş Nazir Əli Əsədov və Moldova diasporu ilə görüşəcək.

Tarix: 20 Fevral 2022, 21:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin