BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlar sabah İrəvana gedir

Fevralın 22-də Ermənistanın paytaxtı İrəvana AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən xəbərə görə, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Tarix: 21 Fevral 2022, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin