BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd imzalanacaq

Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri barədə məlumat yayıb.

 

Pravda.az xəbər verir ki, Kremlin saytında yerləşdirilən məlumata görə, fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar olacaq.

 

Danışıqlarda siyasi, iqtisadi-ticari və humanitar sahələrdə ikitərəfli münasibətlərin sonrakı inkişafı üçün bütün kompleks məsələlərin müzakirəsi nəzərdə tutulur.

 

Bundan başqa, görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ üzrə 9 noyabr (10 noyabr) 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının reallaşmasının gedişi, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası tədbirləri müzakirə oluncaq.

 

Danışıqların yekunu olaraq, Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında Bəyannamənin imzalanması nəzərdə tutulur.

Tarix: 21 Fevral 2022, 16:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin