BURADA REKLAMINIZ OLA
BİLƏR

Müşfiq Cəfərov: “Mehriban Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatdı”

“Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı. Ölkə başçısı Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi var. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdu”.

 

Bunu Pravda.az-a açıqlamasında Mili Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, humanitar sahədə uğurlu fəaliyyət göstərən Mehriban xanım 2017-ci ildən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra etməyə başladı: “Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilmişdir. Məhz bu proqramların  başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə fond bütün ölkə ərazisində mühüm  proqramların icrasını  həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar ərazilərində də hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib, istifadəyə verilmiş, təhsilin bütün ölkə üzrə əlçatanlığı təmin edilib. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətlə yanaşı Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı olmuşdur. Azərbaycanda son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da torpaq uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə bərabər, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır”.

Tarix: 21 Fevral 2022, 17:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin