BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri bir neçə istiqamətdə inkişaf edəcək” - RƏY

"Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyinə ciddi töhfə verib. Dövlətimiz Avropa İttifaqı ilə enerji tərəfdaşlığı haqqında müvafiq sənəd imzalayıb. Hazırda Azərbaycan-Avropa İttifaqının strateji tərəfdaşlığı üzrə işlər yekunlaşır, bu istiqamətdə ciddi işlər görülür".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

Deputat qeyd edib ki, Azərbaycanın Avropa Birliyinin bir sıra ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır: "Avropa Birliyi Azərbaycan ticarətində çox mühüm rola malikdir.  Biz, həmçinin, mədəniyyət, təhsil, humanitar sahələrdə münasibətlərin daha da inkişafında maraqlıyıq. Avropa Birliyi də Azərbaycanın önəmini, regionda rolunu anlayır və dövlətimizin yaratdığı nəqliyyat sistemi Avropanın maraqlarına uyğundur. Yəni, yaxın gələcəkdə bizim münasibətlərimiz bir neçə istiqamətdə inkişaf edəcək. Azərbaycan bu qarşılıqlı maraq doğuran sahələrdə - enerji, nəqliyyat və ticarət  kimi sahələrdə əməkdaşlıqlara hazırdır. Bunun üçün Avropa Birliyi də müvafiq addımları atmalıdır. Ümidvaram ki, Avropa Birliyi Qarabağa “Böyük Qayıdış” layihəsində iştirakı çox fəal olacaq. Onlar minaların təmizlənməsi, infrastrukturun qurulması və mühüm ekoloji tədbirlərdə iştirak edəcəklər. Bununla yanaşı, Azərbaycanın mədəni mərkəzi olan Şuşada da mədəni əməkdaşlıq intensiv olaraq həyata keçiriləcək".

 

Nəzrin Cavid

Tarix: 21 Fevral 2022, 18:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin