BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağda təxribatların sayının artmasına hazır olmalıyıq"

"Gözlənilən baş verir. Rusiya prezidenti Vladimir Putin Donbass separatçılarını tanımağa hazırlaşır. İkinci mərhələdə rəsmən "tanınan" separatçılar Rusiyadan hərbi dəstək istəyəcək və Rusiya ordusu Ukraynanın şərqinə daxil olacaq. Növbəti addım Donbasın Rusiyaya birləşdirilməsi olacaq".


Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.


"Erməni separatçıları baş verənlərdən həvəslənəcəklər, Qarabağda təxribatların sayının artmasına hazır olmalıyıq. Moskvanın bizə mesajı bu olacaq ki, "mənim dediyimi etməsən, Qarabağla bağlı da oxşar qərar verə bilərəm". Rusiya ilə mənasız müttəfiqlikdənsə həqiqi müttəfiq Türkiyənin Azərbaycanda hərbi varlığını təmin etməliyik" - E.Şahinoğlu əlavə edib.

 

Nadir

Tarix: 21 Fevral 2022, 20:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin