BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Güclü diplomatik məharəti olan Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazım olduğunu yaxşı bilir"

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannamənin imzalanması gözlənilir. Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir. İmzalanacaq sənəd də Azərbaycan maraqlarına uyğundur”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdür: “Xatırlayırsınızsa, dövlət başçısı ötən ilin sonunda – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni bayramı əlaqədar xalqa müraciətində də Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını bildirmişdi. Bir daha qeyd edirəm ki, bu sənədin hazırlanması xeyli vaxt tələb edirdi. Güclü diplomatik məharəti olan Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazımdır, yaxşı bilir. Düşünürəm ki, bu sənəd Azərbaycanla Rusiya arasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq bölgədə yeni reallıqlar yaratdı. Azərbaycan bu sənədi imzalamaqla Ermənistan ağır zərbə vurmuş olacaq. Çünki ölkəmizin mövqeləri daha da güclənəcək”.

 

Nadir

Tarix: 21 Fevral 2022, 22:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin