BURADA REKLAMINIZ OLA
BİLƏR

NATO və Avropa İttifaqı Putinin qərarını pislədi: Beynəlxalq hüququn pozulmasıdır

“Rusiyanın "Luqansk və Donetsk xalq respublikaları"nın "müstəqilliyi”ni tanınmasını pisləyirəm. Bu, Minsk razılaşmalarını pozur”.

 

Pravda.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq sosial şəbəkədə qeyd edib.

 

Qeyd olunub ki, NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

 

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell də Rusiyanın “Donetsk və Luqansk respublikalarının” "müstəqilliyi"nin tanınması ilə bağlı qərarını qınayıb.

 

Onun sözlərinə görə, bu, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır.

 

Böyük Britaniyanın Baş naziri Boris Conson da bu addımı pisləyib.

 

““Donetsk və Luqansk respublikalarının” tanınması beynəlxalq hüququn aşkar surətdə pozulmasıdır. Bu həm də suverenlik və ərazi bütövlüyün pozulması, Minsk razılaşmasından imtinadır” – o qeyd edib.

Tarix: 22 Fevral 2022, 00:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin