BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yanğın: 87 yaşlı qadın ölüb

Ağdaşda yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonunun Aşağı Ləki kəndində ümumi sahəsi 234 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb.

 

Yanğın yerinin kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix: 22 Fevral 2022, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin