"Azərbaycan dövlətinin prinsipi istənilən dövlətin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşdığı üçün bu günə qədər hələ Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanımayıb. Bu mənada, Azərbaycan Ukraynanın da suverenliyinə hörmət edir. Dövlətimiz separatizmə heç vaxt dəstək verməyib, çünki Azərbaycan özü də separatizmdən uzun illər əziyyət çəkib, torpaqlarımıza təcavüz edilib, ərazi bütövlüyümüzə qarşı işğal siyasəti yürüdülüb, suverenliyimizin toxunulmazlığı pozulub. Ona görə də dövlətimiz, Dövlət başçımız separatizmi heç vaxt dəstəkləməz".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputatın sözlərinə görə, Azərbaycan və Rusiya bir neçə əsrdir ki, çox sıx əlaqədədirlər və ortaq tarixə malikdirər: "İstər Çar Rusiyası, istərsə də Sovet dövründə Azərbaycan və Rusiya eyni çətir altında yaşayıb. Bu mənada, Azərbaycan və Rusiyanın uzun illərə dayanan ortaq tarixi var. Təsadüfi deyil ki, Rusiyada milyon nəfərdən çox soydaşımız yaşayır və işləyir, onların bir qismi Rusiya vətəndaşıdır. Azərbaycan, həmçinin, Rusiya ilə sərhəd qonşusudur. İki dövlətin həm su, həm də quru yolu ilə sərhədi var. Müstəqillik qazandıqdan sonra da Azərbaycan Rusiya ilə uğurlu qonşuluq siyasəti həyata keçirib. Ulu öndər Heydər Əliyev də hər zaman balanslaşdırılmış siyasət yürüdüb. Zaman-zaman da bizə düşmən olan ölkələrin zərərsizləşdirilməsinə çalışmışıq. Necə ki, qəhrəman milli ordumuz təcavüzkar Ermənistanı 44 günlük Vətən müharibəsində "dəmir yumruq"la darmadağın etdi. İşğalçı dövlət kapitulyasiya aktını imzaladı və möhtərəm Prezident İlham Əliyev bununla bağlı müharibədən sonra da dedi ki, biz əvvəlki səhifəni artıq bağlayırıq, regionda yeni reallıqlar yaratmışıq. Dövlətimizin möhtəşəm qələbəsi bölgədə yeni reallıqlar yaratdı və cənab Prezident Ermənistana qonşuluq əlini uzatdı. Bunu deməkdə məqsədim odur ki, Azərbaycanın dövlət siyasətində xarici ölkələrdə konfliktə girmək, müəyyən problemlər içərisində qonşuluq siyasəti yürütmək yoxdur. Əksinə, konfliktlərdən uzaq qalmaq, danışıqlar yolu ilə problemlərin həllinə nail olmağa çalışırıq. Biz 30 ilə yaxın müddətdə də münaqişəni sülh yolu ilə həll etməyə çalışdıq".
M.İbrahimqızı hesab edir ki, Azərbaycan Rusiya ilə münasibətlərini ildən-ilə yaxşılaşdırmalıdır: "Sözsüz ki, münasibətlər indi də yaxşıdır. Bu gün olduğu kimi, gələcəkdə də bütün qonşularımız, eləcə də Rusiya, həmçinin digər ölkələrlə münasbətlərimizi yaxınlaşdıracağıq. Ona görə də Prezidentin Moskvaya ötən günkü səfərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Rusiya Azərbaycan münasibətlərində daha yeni uğurlar əldə ediləcək, əlaqələrimiz daha da inkişaf edəcək. Bir daha qeyd edirəm, Azərbaycan dövləti başqa dövlətlərin daxili işinə heç vaxt qarışmayıb. Ölkəmiz başqa dövlətlərin ərazi bütövlüyünü hər zaman tanıyıb və özünün də ərazi bütövlüyünün tanınmasını başqa dövlətlərə şərt qoyub. Azərbaycanın suverenliyini tanımayan dövlətlə heç bir əməkdaşlıq edə bilmərik. Biz Qoşulmama Hərəkatının üzvüyük, hərəkata sədrlik edirik. Azərbaycanın 120-ə yaxın üzvü olan həmin təşkilata yeni üzv olmasına baxmayaraq, təşkilata ciddi töhfələr verib. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev təşkilata sədrliyi dövründə o qədər töhfələr verdi ki, onun sədrlik müddəti bir il də uzadıldı. Azərbaycan müstəqil dövlət kimi tanınan dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə böyük hörmətlə yanaşır, heç bir dövlətin daxili işinə qarışmır. Biz digər dövlətlərlə yüksək səviyydə əməkdaşlığa həmişə hazırıq".
O, Azərbaycanla Rusiya arasında imzalanması nəzərdə tutulan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannaməyə də münasibət bildirib: "Həmin sənəd ciddi əhəmiyyətə malikdir. Siyasi, iqtisadi və humanitar sahələri əhatə edəcək sazişlərin imzalanması müsbət haldır. Rusiya dünyanın ən güclü dövlətlərindən biridir. Dünyanın hansı dövləti Rusiya ilə münasibətləri yüksək səviyyədə qurmağı və müttəfiqlik barədə sənəd imzalamağı istəməz ki?! Sözsüz ki, həmin sazişlərdə Azərbaycanın milli maraqları öz əksini tapacaq, biz buna zərrə qədər də şübhə etmirik. Azərbaycanın bütün milli maraqlarının əks olunduğu əməkdaşlıq nümunələri dövlətimizin gələcəyi üçün ciddi töhfədir".
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin