BURADA REKLAMINIZ OLA
BİLƏR

"Aqrresiv Putin idarəçiliyi addım-addım köhnə SSRİ xəyallarına doğru irəliləyir"

“Rusiyanın bu addımları artıq heç kimə sürpriz deyil. İmperialist davranışlarından geri çəkilməyən aqrresiv Putin idarəçiliyi addım-addım köhnə SSRİ xəyallarına doğru irəliləyir... Qorxaq, ikiüzlü qərb siyasəti isə onun ardınca sürünür”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Ələsgər Məmmədli bildirib.

 

“Seperatçı rejimlərə ikili yanaşan qərb siyasətçiləri əslində bu gün olanların bünövrəsini özləri inşa edib. Qondarma Dağlıq Qarabağa hər il ABŞ  Dövlət Departamentindən milyonlarla vəsait ayıranda, 30 il işğal altında qalan torpaqlarımızı beynəlxalq hüquqa istinad edərək işğaldan təmizləyəndə Ermənistana təcavüz kimi görüb, səsini qaldıran Fransanın, Belçikanın, Niderlandın, Lüksemburqun eyni davranışını Rusiyanın da konkret əmələ çevirəcəyini, özünə sərf edən seperatçı rejim yaradıb, dəstəkləyəcəyini  dərk etməli idi... Rusiyanın imperialist siyasətinin ömrü putinlərin ömrü ilə məhdudlaşacaq, lakin qərbin ikili standartları, seperatçıların bir hissəsinə "özümünkü", digərinə "işğala vasitəçi" kimi baxması dəyişən kimi görünmür. Ukrayna olayları bitər-bitməz yenidən separatçı erməni rejimini gündəmə gətirəcəklərinə özüm kimi əminəm” – Ə.Məmmədli qeyd edib.

Tarix: 22 Fevral 2022, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin