BURADA REKLAMINIZ OLA
BİLƏR

Tovuzda evdə partlayış olub

Tovuz rayonunda 2 mərtəbəli binada yanğınla nəticələnən partlayış olub.

 

Hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini Q.Səkiyevə məxsus 2 mərtəbəli, 7 otaqlı evin birinci mərtəbəsinin mətbəxində partlayış olub. Yanğınla nəticələnən hadisə zamanı ev sahibinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü P.Səkiyeva yanıq xəsarəti alıb. O, ağır halda xəstəxanaya yerləşdirilib.

 

Yanğın nəticəsində mətbəxin 0.5 kvadratmetr sahəsi əşyalarla birgə yanıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Report

Tarix: 22 Fevral 2022, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin