BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu dəfə BNA avtomobili özü dayanma-durmanı pozdu

Bakı Nəqliyyat Agentliyinə məxsus avtomobil dayanma-durmanın qadağan olunduğu yerdə saxlanılıb.

 

Bu barədə sosial şəbəkədə foto yayılıb. Fotodan da  aydın olur ki, ərazidə dayanma-durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb. Amma bu nişanın tələbinə nəzarətetməli olan BNA avtomobili özü qaydanı pozaraq qadağan olunan yerdə dayanıb. Görüntü sosial şəbəkədə izləyicilərin qınağına səbəb olub.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a məsələ ilə bağlı məlumatlı olduqlarını bildirib.

 

Onun sözlərinə görə, hazırda bu fakt araşdırılır və araşdırmanın nəticəsinə uyğun tədbir görüləcək.

Tarix: 22 Fevral 2022, 12:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin