BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycan-Rusiya münasibətləri elə qurulmalıdır ki, 3-cü və ya 4-cü tərəflər istifadə edə bilməsin”

“Postsovet ölkələrinin istənilən birində baş verən hadisələr dolayısı ilə digərlərinə də təsir göstərir. Çünki həmin hadisələr dolayısı ilə bir-birinə bağlı olur. Ümumi coğrafiyanı, cəmiyyətin psixoloji yaxınlığını nəzərə alaraq, təbii ki, Rusiyanın “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nın (LXR) “müstəqilliyini” tanımasının regiona təsiri qaçılmazdır. Bu, arzuolunmaz haldır. Hadisələrin bu cür inkişafı xoşagələn deyil. Hər zaman olduğu kimi günah bir tərəfdə deyil, ikitərəflidir. Məsələlərin bu səviyyəyə gəlib çatmasının səbəbləri araşdırılmalı, konkret nəticələr əldə edilməlidir.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputatın sözlərinə görə, ümidverici hal odur ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq münasibətlər və təhlükəsizlik sistemini kifayət qədər peşəkarcasına mənimsəmiş siyasətçidir: “Onun dünyadakı nüfuzu, apardığı siyasətin düzgünlüyü artıq qəbul edilib. Ona görə də inanırıq ki, Prezident Azərbaycanın dövlət maraqlarını bütün səviyyələrdə müdafiə etmək imkanındadır. İstənilən halda, hadisələr göründüyü kimi sadə deyil, kifayət qədər mürəkkəbdir. Buna rəğmən, Cənab Prezidentin apardığı siyasət özünü mütləq doğruldacaq”.

 

N.Məhəməliyev, həmçinin qeyd edib ki, Rusiya Azərbaycanın böyük qonşusudur, həmin dövlətlə əməkdaşlıq etməli, münasibətlərin bərabərhüquqlu şəkildə inkişafına nail olunmalıdır: “Azərbaycan-Rusiya münasibətləri elə qurulmalıdır ki, bundan 3-cü və ya 4-cü tərəflər istifadə edə bilməsin. Bizim əsas hədəfimiz, bu proseslərdən az ağrılı çıxmaq olmalıdır. Hesab edirəm ki, Azərbaycan cənab Prezidentin Moskvaya səfəri ilə buna nail olacaq”.

 

Nəzrin Cavid

Tarix: 22 Fevral 2022, 16:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin