BURADA REKLAMINIZ OLA
BİLƏR

Antiinhisar qanunvericiliyinin pozulmasına görə 7 quruma qarşı iş qaldırılıb - Siyahıda

Bu gündən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində Xidmət tərəfindən baxılması nəzərdə tutulan antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlərin cədvəli yerləşdirilib.

 

Nazirlikdən verilən məlumata görə, cədvəldə müvafiq qanunvericiliyinin pozulması əlamətləri üzrə 7 quruma qarşı qaldırılan işlər barədə məlumatlar əks olunub. Həmçinin ərizə verən və haqqında iş qaldırılan bazar subyekti, qanun pozuntusu əlamətləri, işə baxılmanın təyin edildiyi vaxt, yer və baxılan işin statusu barədə məlumatlar göstərilib.

Tarix: 22 Fevral 2022, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin