BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşdü

Azərbaycan Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

 

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

 

Görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib.

 

İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edilib.

 

Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tarix: 22 Fevral 2022, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin