BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin maaşlarına əlavələrlə bağlı MÜHÜM XƏBƏR

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi uzadılıb.

Pravda.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin verilməsi 2022-ci il martın 1-dək uzadılıb.

Əvvəl bu müddət 2022-ci il ynavarın 1-dək nəzərdə tutulmuşdu.

Tarix: 22 Fevral 2022, 19:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin