BURADA REKLAMINIZ OLA
BİLƏR

Pənah Hüseynin burnu sınıb? - AÇIQLAMA

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn politoloq Tofiq Abbasovla dava etməsi ilə bağlı açıqlama verib.

 

Pravda.az-ın xəbərinə görə, P.Hüseyn “TV Müsavat”ın efirində bildirib ki, xəsarət almayıb.

 

“Belə şeylər olur. Olmasa idi, yaxşı olardı. Hesab etmirəm ki, haqlı idim. Hövsələsizlik etdim. Gərək verilişdə olmayaydı. Yaşımızda o yaş deyil. Yazırlar ki, xəsarət almışam, burnum sınıb. Xəsarət almamışam. Orada ifadə işlətdim, bunun qətiyyən valideynlərə aidiyyatı yoxdur. Valideyn məsələsində çox həssasam. Kiminsə valideyninə həqarət etmərəm. “Bəy” sözü bizim üçün müqəddəsdir, özünü kimlik ifadələrindən biridir. “Müəllim” sözü də müqəddəsdir, hörmətli adamlara mən də bəzi hallarda o cür müraciət edirəm. Özün bəy olmaya bilərsən, amma gərək sözü qoruyasan. Tofiq Abbasova isə xüsusi anti-patiyam yoxdur” – P.Hüseyn qeyd edib.

 

Kənan

Tarix: 22 Fevral 2022, 23:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin