BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycanda “KamAZ” birgə servis mərkəzi tikilir"

Sənayedə də səmərəli tərəfdaşlıq qurulub. Ötən il kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə “QAZ qrupu” ilə “Azərmaş”ın müştərək zavodu açılıb. Rusiyanın iştirakı ilə Azərbaycan dəmir yollarının və Bakı metropoliteninin qatarları texniki cəhətdən yenilənir. Azərbaycanda “KamAZ” birgə servis mərkəzi tikilir.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

 

“Ölkələrimizin maliyyə sahəsində qarşılıqlı fəaliyyətini bundan sonra da möhkəmləndirməyi vacib hesab edirik. Qarşılıqlı hesablaşmalarda milli valyutaların daha fəal istifadəsi və Azərbaycan banklarının Rusiya Bankının maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması şübhəsiz ki, buna kömək edə bilərdi” - Putin əlavə edib.

Tarix: 22 Fevral 2022, 23:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin