BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident: "Bizə müharibə lazım deyil"

"Əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir, bizə müharibə lazım deyil, o, bizə heç vaxt lazım olmayıb".

 

Pravda.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada mətbuata bəyanatında deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir: “Əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər”.

Tarix: 23 Fevral 2022, 01:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin