BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcər istiqamətində yenidən gərginlik yarandı - Müdafiə Nazirliyi məlumat yaydı

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Azərbaycan bölmələrinin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Tarix: 23 Fevral 2022, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin