BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda avtomobil zavodunda bədbəxt hadisə

Gəncədə bədbəxt hadisə baş verib.

 

Hadisə şəhərin Cavad Xan qəsəbəsində yerləşən avtomobil zavodunda qeydə alınıb.

 

Goranboy sakini Yusibov Elçin Aqil oğlu işdə olarkən yıxılıb. Zavodda mühafizə xidmətində çalışan E.Yusibov başının zədə alması nəticəsində dünyasını dəyişib.

 

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 23 Fevral 2022, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin