BURADA REKLAMINIZ OLA
BİLƏR

İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslərin sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslərin sayı açıqlanıb.

Pravda.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, Vətən müharibəsi başa çatandan sonra işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən 602 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.

Onlardan 175 nəfər barəsində inzibati həbs, 345 nəfər barəsində cərimə tətbiq edilib, digərlərinə isə məhkəmələr tərəfindən xəbərdarlıq olunub.

“Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə minatəmizləmə əməliyyatları aparılır. Təmizlənən ərazilərə vətəndaşların rahat qayıdışı üçün bərpa və quruculuq işləri davam etdirilir”, - o vurğulayıb.

Tarix: 23 Fevral 2022, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin