BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Tatarovun cinayət işinə xitam verildi

Ağstafa Rayonunun həbsdə vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın xəbərinə görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ramiz Tatarova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə bəraət verilib.

Yekun olaraq Ramiz Tatarovun cəzası 3 ay azaldılıb. Onun üzərində qəti olaraq 8 il 3 ay cəza saxlanılıb.

Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Tarix: 23 Fevral 2022, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin