"Fevralın 22-də Moskvada Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik haqqında bəyannamədə qeyd olunub ki, hər iki ölkə müstəqil siyasət yürüdür. Sənəddə, həmçinin Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci ilin noyabrın 10-da, 2021-ci ilin yanvarın 11-də və noyabrın 26-da imzalanmış üçtərəfli bəyanatların icrasının vacibliyinin bir daha qeyd olunması Ermənistana təzyiq kimi qiymətləndirilə bilər, çünki Ermənistan həmin sənədlərdə nəzərdə tutulmuş öhdəlikləri qeyd-şərtsiz həyata keçirməlidir. Ümumilikdə belə bir bəyannamənin imzalanması tarixi hadisə və milli maraqlarımıza xidmət edən siyasət yürüdən Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, Azərbaycan hər zaman milli maraqlarına uyğun müstəqil və çoxşaxəli siyasət yürüdür: "Bu siyasətin əsas amillərindən biri qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa verilən mühüm əhəmiyyətdir. Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədrliyi dövründə beynəlxalq münasibətlərin qurulmasını prioritet vəzifə kimi müəyyən edib. Dövlətimiz atdığı faktiki addımlarla dünya miqyasında beynəlxalq əməkdaşlığa sədaqətini nümayiş etdirib. Azərbaycanın Vətən müharibəsində Zəfər qazanmasında onun qonşu ölkələrlə uğurlu münasibətləri də ciddi rol oynayıb. Azərbaycan 2021-ci iyunun 15-də qardaş Türkiyə ilə müttəfiqlik haqqında bəyannamə imzalayıb. Şuşa bəyannaməsi hər iki ölkənin parlamentləri tərəfindən təklif edilib və həmin bəyannaməyə imza atmaqla Azərbaycan öz təhlükəsizliyi üçün xüsusi zəmanət əldə edib. Azərbaycanın, həmçinin Gürcüstan, İran, eləcə də Avropa İttifaqı ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Təsadüfi deyil ki, 2022-ci ilin birinci yarimilində Azərbaycanla Avropa İttifaqı arasında böyük sazişin imzalanması planlaşdırılıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçısı kimi çəkisi durmadan artan ölkədir. Eyni zamanda, dövlətimiz NATO ilə münasibətlərini də çox uğurla inkişaf etdirir. Bu ilin isə ən ciddi uğurlarından biri kimi ötən gün Moskvada Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında imzalanan sənədi göstərmək olar. Bu, tarixi sənəddir, çünki Rusiya ilə Azərbaycanın münasibətləri olduqca yaxşıdır. Həmçinin dövlət liderlərinin bir-birinə etimadı və hörməti iki ölkə arasında müttəfiqlik haqqında bəyannamənin imzalanmasına gətirib çıxarıb. Rusiyanın təkcə bölgənin deyil, dünyanın ən nəhəng ölkələrindən və BMT-nin daimi 5 üzvündən biri olduğunu nəzərə almaq lazımdır. Azərbaycanla Rusiya arasında tarixən də çox sıx, mədəni və iqtisadi əlaqələr mövcud olub. Elə həmin tarixi əlaqələri möhkəmləndirmək də fevralın 22-də imzalanan tarixi sənəddə əksini tapıb. Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni konfiqurasiya yaradıb. Həmin konfiqurasiyanın əsas oyunçuları isə, heç şübhəsiz ki, Azərbaycan, Rusiya və Türkiyədir. Həm Şuşa, həm də Moskva bəyannamələri də hər iki dövlət ilə əlaqələrimizin möhkəmləndirilməsinə xidmət edir. Moskva Bəyannaməsi ilə Rusiya və Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və BMT-nin nizamnaməsinə, eləcə də digər beynəlxalq normalara tam uyğun hazırlanmış sənəddir. Bəyannamədə qeyd olunan bir sıra vacib məqamlar var ki, burada hər iki ölkənin siyasi, iqtisadi, mədəni və humanitar sahələrində qarşılıqlı əməkdaşlıq məsələləri öz əksini tapıb. Eyni zamanda, sənəddə dövlətlərin suverenliyinə, müstəqilliyi və sərhədlərin toxunulmazlığına hörmət etmək, bir-birilərinin daxili işinə qarışmamaq, güc tətbiq etməmək kimi öhdəliklər qeyd olunub".
C Osmanov vurğulayıb ki, bəzi marginal qüvvələr, "siyasi birləşmələr" Moskva bəyannaməsinin mahiyyətini ya anlamır, ya da onu bilərəkdən təhrif edirlər: "Qeyd edirlər ki, guya həmin bəyannamə Azərbaycanın müstəqilliyinə təhdid və milli maraqlarına ziddir. Bəyannamə ilə yaxından tanış olduqda isə aydın olur ki, belə siyasi quruplaşmalar Azərbaycanın növbəti qələbəsini həzm edə bilmirlər, ona görə də bəyannaməni vətəndaşlarımıza fərqli formada çatdırmağa çalışırlar. Aydındır ki, bəyannamə Azərbaycanın milli maraqlarına tam uyğundur, ölkəmizin müstəqilliyini və suverenliyini möhkəmləndirir, təhlükəsizliyini gücləndirir. Sadəcə olaraq, belə marginal qruplaşmalar Azərbaycanın Vətən müharibəsindən sonra artan nüfuzunu gözləri götürmür".
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin