BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını öldürən şəxsə hökm oxundu

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Yadigar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Y. Cəfərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki,, hadisə ötən il iyulun 8-də Xəzər rayonun Binə qəsəbəsində qeydə alınıb.

 

1980-cı il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.

 

Yadigar Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Tarix: 23 Fevral 2022, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin