BURADA REKLAMINIZ OLA
BİLƏR

İsa Qəmbərin Krımla bağlı açıqlaması müzakirələrə səbəb oldu

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin Krımla bağlı açıqlaması müzakirələrə səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, İ.Qəmbər “Xural TV”nin efirində bildirib ki, Rusiya və Ukrayna Krımın müstəqil dövlət kimi mövcudiyyəti ilə barışmalı olacaq.

 

“Ad qoyub, insanları hürkütməyək. Söhbət orada yaşayan insanlardan gedir. Krım tatarları söz sahibləridirlər... Rusiyada əvvəl-axır rejim dəyişəcək. Hətta onlar üçün də Krımı Ukraynaya qaytarmaq çətin olacaq. İctimai rəydə nəyisə, kiməsə qaytarmaq populyar addım deyil. Krımın müstəqilliyi ilə razılaşma əldə olunsa, bu, Rusiya və Ukrayna üçün uğurlu gediş ola bilər” – İ.Qəmbər qeyd edib.

 

Onun fikri sosial şəbəkələrdə tənqid edilib.

 

Kənan

Tarix: 23 Fevral 2022, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin