"Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında imzalanan sənəd (Moskva Bəyannaməsi – red) ciddi əhəmiyyətə malikdir. Bəyannamə Azərbaycanın bütün milli maraqlarına uyğundur və Azərbaycan diplomatiyasının növbəti uğurudur".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Parlamentin üzvü qeyd edib ki, Azərbaycanın Ermənistanı çıxmaq şərtilə, dünyanın, demək olar ki, bütün ölkələri ilə normal diplomatik, iqtisadi və mədəni əlaqələri var: "Biz müstəqil dövlət kimi xalqın milli maraqlarını üstün tutaraq bu istiqamətdə münasibətləri daim inkişaf etdiririk. Rusiya bizim həm qonşumuz, həm də strateji müttəfiqimizdir. 44 günlük Vətən müharibəsi də bir daha sübut etdi ki, Rusiya neytral mövqe tutmaqla müəyyən şərait yaratdı və Azərbaycan qələbə çaldı. Halbuki, Avropanın bir sıra ölkələri isə Azərbaycanın maraqlarına, beynəlxalq hüquqa zidd mövqe sərgilədilər. Cənab Prezident İlham Əliyevin yaxşı bir sözü var: müharibə vaxtı kimin dost, kimin düşmən olduğu daha aydın oldu. Bizim hazırda Rusiya ilə mərhələli şəkildə inkişaf edən münasibətlərimiz hər iki xalqın maraqlarına xidmət edir. Nəzərə almaq lazımdır ki, Rusiya iqtisadi cəhətdən ən böyük partnyorumuzdur, orada 2 milyona yaxın azərbaycanlı yaşayır, 10 minlərlə soydaşımız Rusiyanın ali məktəblərində təhsil alır. Azərbaycanda da 300-dən çox rusdilli məktəb var, həmçinin ali məktəblərimizdə rus dilində tədris aparılır. Yəni, Azərbaycan bütün bunları nəzərə alaraq xarici siyasətini praqmatik formada qurur".
R.Quliyevin sözlərinə görə, Azərbaycanın hazırkı prioritetlərindən biri əhalinin işğaldan azad edilmiş ərazilərə qayıdışı və regionda sülhün bərpasıdır: "Lakin heç kimə sirr deyil ki, bir çox ölkələr bunu qəribə qarşılayır. Onlar Azərbaycanın suverenliyini tanıdıqlarını qeyd etsələr də, atdıqları addımlar buna adekvat deyil. Yəni, Azərbaycan bu il ərzində sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizinin açılması və Ermənistanla sülh sazişinin imzalanması kimi ciddi məsələləri həll etmək istəyir. Burada isə Ermənistana ən çox təsir edə biləcək ölkə, əlbəttə ki, Rusiyadır. Belə ki, Azərbaycanın bu fürsətdən istifadə etməsi bizim milli maraqlarımıza xidmət edir. Azərbaycan geosiyasi və geoiqtisadi mühitdə hər zaman öz maraqlarını üstün tutan siyasət yürüdüb və bu məqamda da belə eyni cür davranır. Hesab edirəm ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin daha da dərinləşməsi heç bir üçüncü ölkənin əleyhinə deyil. Azərbaycan, hətta bir-birləri ilə müəyyən problemləri olan ayrı-ayrı dövlətlərlə də yaxın münasibət qurur. Təsadüfi deyil ki, Azərbaycanın İran, İsrail, Gürcüstan, Pakistan və Avropa İttifaqı ilə münasibətləri inkişaf edir. Yəni müəyyən problemlər yaşayan dövlətlərlə belə, Azərbaycan "dil taparaq" yola gedir və münasibətləri inkişaf etdirir. Bizim üçün vacib olan Azərbaycanın milli mənafeyi, milli maraqları və dünyadakı nüfuzudur".
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin