BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin deputatları İrəvanda Göy məscidi ziyarət etdi - "Divarları, arxitekturası, ruhu sırf bizə aiddir" - FOTO

Azərbaycan Milli Məclisinin deputatları İrəvanda Göy məscidi ziyarət ediblər.

 

Pravda.az xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

 

“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir. Divarlarında başqa dövlətə aid yazılar olsa da, divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur” – o qeyd edib.

Tarix: 23 Fevral 2022, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin