BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda vəzifəli şəxsin qardaşı tanışını güllələdi

İmişli rayonunda güllələnmə hadisəsi baş verib.

Pravda.az-ın məlumatına görə, hadisə fevralın 22-də rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Xalid İbrahimov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qisas almaq niyyəti ilə özünə məxsus ov tüfəngi ilə rayonun Sərxanlı kənd sakini Namiq Xankişiyevin ayaq nahiyəsinə iki dəfə atəş açaraq xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, hadisəni törədən Xalid İbrahimov Bəhrəmtəpə qəsəbə Bələdiyəsinini sədri İman İbrahimovun qardaşıdır.

Trend

Tarix: 23 Fevral 2022, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin