BURADA REKLAMINIZ OLA
BİLƏR

2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası layihəsi hazırlandı

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası" layihəsi hazırlanıb.

Pravda.az xəbər verir ki, bunu AMEA prezidentinin səlahiyyətlərini icra edən akademik Arif Həşimov Akademiyanın Kimya Elmləri Bölməsinə daxil olan elmi müəssisələrin rəhbərləri ilə görüşü zamanı deyib.

“Layihənin hazırlanmasında Kimya Elmləri Bölməsi alimlərinin də olduqca böyük əməyi var. Onlar öz dəyərli təklifləri ilə bu sənədin hazırlanmasında yaxından iştirak ediblər. Layihə yaxın vaxtlarda geniş müzakirəyə təqdim ediləcək. Hesab edirəm ki, dövlət səviyyəsində layihənin təsdiqinə nail olsaq, bu, Azərbaycan elminin inkişafına mühüm töhfə olacaq”, - deyə o bildirib.

Tarix: 23 Fevral 2022, 17:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin