BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan Putinlə telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Pravda.az-ıın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan, Türkiyənin gərginliyin azaldılması və sülhün qorunmasına töhfə verməyə hazır olduğunu bildirib.

O, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı atılan addımları qəbul etmədiyini vurğulayıb. Türkiyə dövlət başçısı qeyd edib ki, bütün məsələlər beynəlxalq hüquq və diplomatiya yolu ilə həll edilməlidir.

Ərdoğan sentyabr ayında Soçi səfəri zamanı razılaşdıqları kimi, Rusiya Prezidenti Vladimir Putini Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası üçün ən qısa zamanda Türkiyəyə səfərə gözlədiyini diqqətə çatdırıb.

Tarix: 23 Fevral 2022, 18:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin