"Aleksandr Lapşin bir dəfə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçdiyinə görə təqsiri məhkəmə qaydasında sübut olunaraq azadlıqdan məhrum edilib. Bilirsiz ki, məhkəmə Lapşin barəsində kifayət qədər humanist yanaşma nümayiş etdirərək əməl üzrə Cinayət Məcəlləsinin 318-ci maddəsinin sanksiyasında nəzərdə tutulan maksimum cəzanın təqribən yarısını təyin etmişdi. O zaman Lapşinin anası Bella Lapşin BBC Azərbaycan vasitəsi ilə oğlunun "düşüncəsiz hərəkət" etdiyini deyərək onun bağışlanması üçün yalvarmışdı. Anasının yalvarışları, Aleksandr Lapşinin özünün isə bağışlanması xahişləri fonunda Prezident İlham Əliyev də humanistlik göstərib bu cinayətkarı əfv etdi. Amma indi o, yenidən eyni əməli təkrarlayaraq, separatçı və terrorçulardan ibarət bir qrup şəxs və ya mütəşəkkil dəstə ilə cinayətkar əlaqəyə girərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə qanunsuz olaraq ərazilərimizə daxil olub".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, bu təxribatçı islah olunmayıb və onun sosial ədalətin bərpası, özünün islah edilməsi və yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədi ilə cəzalandırılması labüddür: "Lapşin də, anası da, prosesi izləyən hər kəs də əmin ola bilər ki, Azərbaycan hökuməti və Azərbaycan məhkəmələri Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsiplərini rəhbər tutmaqla, qanuna və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə ciddi riayət etməklə, Lapşinin yenidən Azərbaycana gətirilməsi, sanksiyanın yuxarı həddi müəyyən olunmaqla sərt cəzalandırılmasını və cəzasının icrasını təmin edərək onun islah olunub layiqli vətəndaş kimi aid olduğu ölkələrdən birinə yola salınmasını təmin edəcək. İnanıram ki, öz növbəsində Rusiya rəhbərliyi də dünən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin 11-ci maddəsini rəhbər tutaraq həmin islaholunmaz trolun Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alınması üçün öz müttəfiqinə köməyini əsirgəməyəcək".
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin