BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ-nin xüsusi iclası keçiriləcək

Avropa İttifaqı Şurasının xüsusi iclası keçiriləcək.

Pravda.az xəbər verir ki, görüşün təşəbbüskarı Aİ Şurasının rəhbəri Şarl Mişel olub. O, Aİ-yə üzv ölkələrin rəhbərlərinə göndərdiyi məktubunda yazıb: 

“Bizim birliyimizi, qətiyyətimizi davam etdirməyimiz və kollektiv yanaşma və hərəkətlərimizi birgə müəyyən etməyimiz vacibdir. Ona görə də mən sizi fevralın 24-də Brüsseldə keçiriləcək Avropa İttifaqı Şurasının xüsusi iclasına dəvət edirəm”. 

İclasda Avropada baş verən son hadisələr, Rusiya-Ukrayna gərginliyi və Aİ-nin Ukraynanı necə dəstəkləyəcəyi müzakirə olunacaq.

Tarix: 23 Fevral 2022, 21:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin