BURADA REKLAMINIZ OLA
BİLƏR

İsa Qəmbər pensiya yaşına çatdı

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin yubileyidir.

 

Pravda.az-ın xəbərinə görə, İ.Qəmbərin 65 yaşı tamam olur.

 

O, 1957-ci il fevralın 24-də Bakı şəhərində doğulub. 1979-cu ildə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. İsa Qəmbər əsası 1911-ci ildə qoyulmuş, 1920-ci ildən mühacirətdə fəaliyyət göstərmiş Müsavat Partiyasının bərpasının rəhbərlərindəndir. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib. 2014-cü ildə başqan postundan gedən İsa Qəmbər partiya Məclisinin üzvüdür. Hazırda Milli Strateji Düşüncə Mərkəzinin qurucusu və sədridir.

Tarix: 23 Fevral 2022, 23:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin