BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda koronavirusa görə məktəblər bağlandı

İranın Qum və Mərkəzi vilayətlərində yeni koronavirusa görə məktəb və universitetlərin fəaliyyəti dayandırılıb.

 

Pravda.az xəbər verir ki, İranın Mərkəzi vilayətində məktəb və universitetlərin fəaliyyəti bir həftəliyə, Qum vilayətində isə 2 günlüyə dayandırılıb.

 

 Bundan əlavə Tehran şəhərində soyuqdəyməsi və ya qripi olan şəxslərin idman zallarındakı hovuzlara buraxılması qadağan olunub.

 

 Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 28 nəfərin yeni koronavirusa yoluxduğunu və 5 nəfərin dünyasını dəyişdiyini təsdiqləyib.Modern.az

Tarix: 23 Fevral 2020, 00:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin