BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadın yaşadığı evdə öldürüldü

Bakının Xəzər rayonunda qətl törədilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, fevralın 23-də Sevinc Cəfərovanın yaşadığı evdə kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişin tanışı Samir Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.

Tarix: 24 Fevral 2022, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin