BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı - TƏCİLİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.

Pravda.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti yazıb.

Bildirilib ki, toplantıda Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları müzakirə olunacaq. 

Eyni zamanda NATO çərçivəsində atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq. 

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Tarix: 24 Fevral 2022, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin