BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Ukraynada vəziyyətin düzəlməsini arzu edir" - Deputat

"Rusiya Prezidenti Vladimir Putinin əmri ilə Luqansk və Donetsk vilayətlərinə qoşun yeridilib. İlkin məlumatlara əsasən, döyüşlər gedir, təyyarə, helikopter vurulub, atəş səsləri eşidilir. Təbii ki, Azərbaycan Ukraynada vəziyyətin düzəlməsini arzu edir. İstəməzdik ki, müharibənin miqyası genişlənsin".


Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.


Deputat bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini arzulayır:  "Ukrayna Prezidenti Zelenski də xalqa müraciət edib, onun bir neçə ölkə rəhbəri ilə telefon danışığı baş tutub. Ukrayna meri xalqa xəbərdarlıq edərək, vacib olmadıqca evdən çıxmamağı məsləhət bilib. Hazırda Ukraynada vəziyyət kritikdir. Biz hər iki ölkə üçün sülh arzulayırıq. Çünki həm Rusiya, həm də Ukrayna Azərbaycana dost ölkələdir. Ümidvarıq ki, müharibənin miqyası genişlənməyəcək".

Nəzrin Cavid

Tarix: 24 Fevral 2022, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin