BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Əlizadə: "Ukrayna Donetski daim zərbə altında qoyurdu"

“Rusiya Donetsk və Luqansk xalq "respublikaları" ilə hərbi əməkdaşlıq haqqında saziş imlayıb. Rusiya onlara kömək edir ki, keçmiş Luqansk və Donetsk əvvəlki sərhədlərində bərqərar olsunlar. Nəzərə almaq lazımdır ki, həmin ərazilərin üçdə iki hissəsi Ukrayna Ordusu tərəfindən tutulub. Yəni, Rusiya tərəfindən başlanılan genişlənmə əməliyyatının səbəbi budur. Ukrayna Donetski daim zərbə altında qoyurdu. Son günlər ora davamlı atəş açırdılar. Rusiya sazişə uyğun olaraq Donetskin təhlükəsizliyini təmin etmək üçün bu əməliyyata başladı”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının başqanı Araz Əlizadə deyib.

Partiya sədri bildirib ki, Qərb Rusiyanın onun qarşısında qoyduğu 3 şərtin hamısını rədd edib: “Rusiya xəbərdarlıq etmişdi ki, həmin şərtlər rədd ediləcəyi halda hərbi texniki addımlar atacaq. Yəni, bu addımlara Rusiyanı vadar edən Qərbdir. Bu, Rusiya üçün ölüm-dirim məsələsidir. Çünki NATO artıq Rusiya ilə sərhədə yaxınlaşır və orada silah yerləşdirir. ABŞ hətta hipersürətli silahlar əldə edərsə, onların atəşi 4-5 dəqiqə içərisində Moskvaya çata bilər. Belə olan halda, Rusiya özünü müdafiə edə bilməyəcək. Ona görə də Rusiya qabaqcadan belə əməliyyatlar həyata keçirməklə təhlükəsizliyini təmin edir”.

Nəzrin Cavid

Tarix: 24 Fevral 2022, 15:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin