BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda binanın çökməsi ilə bağlı daha bir məlumat

Bakıda binanın çökməsi ilə bağlı məhkəmə-tibbi ekspertizaları təyin edilib.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

 

Hər birinə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılıblar.

 

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Tarix: 24 Fevral 2022, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin