BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu ərəfədə həm ölkə daxilində, həm də xaricində bu stabilliyi pozmağa çoxları çalışacaqlar”

“Böyük Müharibə başladı və bundan sonra nələrin, hansı dəhşətlərin baş verəcəyini demək çox çətindir. Bu gün bizim hamımıza ən vacibi ilk növbədə ölkəmizdə stabilliyin qorunmasıdır. Əminəm ki, bu ərəfədə həm ölkə daxilində, həm də xaricində bu stabilliyi pozmağa çoxları çalışacaqlar. Hakimiyyətə münasibətindən asılı olmayaraq bu addımı atanların Vətən düşməni olduqlarına heç kimin şübhəsi olmasın, kimlərsə şəxsi ambisiyalarını, haqq-hesablarını həyata keçirməyə bunun üçün vətəndaşların ağır maddi durumlarından istifadə etməyə çalışmasın”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib

 

A.İsmayılovun 44 günlük Qələbədən dərhal sonra əsas məqsədin Dövlət müstəqilliyinin qorunması olacağını, Rusiyanın keçmiş SSRİ-ni hansısa formada bərpa etməyə çalışacağını, haradasa böyük qan tökəcəyini dəfələrlə yazdığını qeyd edib: “Bu hakimiyyətin mənə qarşı etdikləri bütün pisliklərə baxmayaraq stabilliyin qorunmasında hakimiyyətin yanında olacam. Bu durumda kimlərsə Qarabağda hansısa güc tətbiq etməyə də səsləməsin. Bu gün bir Dövlət, Xalq olaraq sadəcə ölkədə stabilliyi qoruyub gözləmək, kimlərəsə bizim ərazimizdə müharibə başlatmağa bəhanə verməmək lazımdır. Bu qarşıdurmada nəhəng güclər öz haqq-hesablarını çəkəcəklər. Bizim bu oyunlarda istifadə olunmağımıza yol verməməliyik. Hazırki hadisələrin gedişinə bizim təsir etmək nə imkanımız, nə də gücümüz yoxdur. Bu günlərdə Rusiya ilə imzalanmış müqaviləni də heç kim istismar etməməli, alver obyektinə çevirməməlidir. Baş verən hadisələri diqqətlə izləmək, hansısa tələskənliyə yol verməmək lazımdır. Bu gün balaca ehtiyatsız addım ölkəni qan çanağına döndərə bilər. Bu fikirlərim hansısa qorxaqlıdan yox, baş verənləri real qiymətləndirməyimdən irəli gəlir. Bu gün hakimiyyət ilk növbədə maddi durumu çox çətin olan vətəndaşlarını düşünməlidir. Vəzifədə olanlar, maddi imkan sahibləri bu günlər Sizin də gələcəyiniz məhz maddi durumları ağır olan vətəndaşlarımızdan asılıdır. Ona görə imkanı olan hər kəs bu işdə yardımçı olmalıdır. Bu günlər vaxt sıxıntısından səhifələrimdə aktiv Sizlərlə fikirlərimi bölüşə bilmirdim. Hal-hazırda Ankaradayam və inşAllah günün sonuna Vətəndə olacam. Allah Azərbaycanı, Xalqımızı qorusun!”

 

Leyla

Tarix: 24 Fevral 2022, 16:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin