BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev Rodrigo Labardini ilə görüşdü

Milli Məclisin sədr müavini Adil Əliyev Meksikanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini ilə görüşüb.

 

Pravda.az-ın xəbərinə görə, A.Əliyev bildirib ki, Azərbaycan Meksika münasibətlərinin yüksələn xətlə davam etməsi, ölkələrimiz arasında olan dostluq münasibətlərinin hər keçən gün inkişafı bizi daha da sevindirir.

 

MM-in sədr müavini görüş zamanı günahsız insanların qəddarcasına öldürüldüyü “Xocalı soyqırımı”nın törədilməsindən 30 illin keçməsinə baxmayaraq, ədalətin hələ də bərpa olunmadığını və baş vermiş soyqırım cinayətinin qatillərinə layiqli cəza verilmədiyini səfirin diqqətinə çatdırıb.

 

“2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva tərəfindən başladılmış “Xocalıya ədalət” kompaniyası çərcivəsində bir çox dövlətlər və beynəlxalq təşkilatlar haqq səsimizi eşitdi. Eyni zamanda Meksika parlamenti 2012-ci ildə “Xocalı soyqırımı”nı tanıyaraq ədalətli mövqe sərgiləmiş,  23 avqust 2012-ci ildə paytaxt Mexikoda Xocalı soyqırımına həsr olunmuş abidə qoyulmuşdur” – A.Əliyev qeyd edib.

Tarix: 24 Fevral 2022, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin