BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya dünyaya sübut etdi ki, Avropa və ABŞ heç bir ölkənin arxasında durmur və durmayacaq” - ŞƏRH

“Rusiyanın Ukrayna ilə müharibəyə getməkdən başqa şansı yox idi, çünki Rusiyanın çox ciddi problemləri var. Nəzərə almaq lazımdır ki, Rusiyada ölkədaxili gərginlik var və o, Avropa İttifaqı formatında güc mərkəzi formalaşdırmaq istəyir, həmçinin SSRİ-in 100 illiyinə hazırlaşır. Eyni zamanda, Vladimir Putin 2 ildən sonra baş tutacaq prezident seçkilərinə görə indidən müxalifəti zərərsizləşdirib imperiya yaratmalıdır ki, ambisiyalarını gündəmə gətirsin. Vladimir Putin, həmçinin Krımla torpaq əlaqəsini qurmalı idi. Yəni, bütün bu səbəblər müharibəni labüd edirdi”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O hesab edir ki, bu müharibə uzun müddət davam etməyəcək, Rusiya, əsasən, rusdilli əyalətlər olan Odessa, Xarkov və Dneprpetrovskini nəzarətə götürməyə çalışacaq: “Əsas məqsədi olan Ukraynanın Qara dənizə çıxışını bağlamağa nail olacaq və Ukrayna ortada qalacaq. Rusiya bununla həm də ABŞ və Avropanı siyasi sınaqdan keçirdi. Dünyaya sübut etdi ki, Avropa və ABŞ heç bir ölkənin arxasında durmur və durmayacaq. Yəni, hazırda Ukrayna Azərbaycanın 1990-cı illərdə yaşadığı taleyi yaşayır. Ukraynanın da ayağa qalxması uzun illər aparacaq. Azərbaycan ağıllı iş gördü və 22 fevralda Rusiya ilə müttəfiqlik haqqında  bəyannamə imzaladı. Odur ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycana təsir etməyəcək. Azərbaycan həmin bəyannamədə BMT-nin Nizamnaməsinin əsas 10 prinsipinin hər birini sənədə qeyd edib. Siyasətdən xəbəri olmayanlar isə hay-küy salırlar. Belə adamlar gedib siyasətin əlifbasını oxuyub, daha sonra hay-küy salmağa başlasınlar. Açığı, 44 günlük müharibəyə qədər Prezident İlham Əliyevin siyasətinə mən də tənqidi yanaşırdım. Müharibədə dəyişən mövqeyim Bəyanatdan sonra daha da dəyişdi və İlham Əliyevə olan hörmətim 3 dəfə artdı”.

 

Nəzrin Cavid

Tarix: 24 Fevral 2022, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin