BURADA REKLAMINIZ OLA
BİLƏR

Makron: “Fransa Ukraynanı dəstəkləyir”

"Rusiyaya Ukraynaya qarşı təcavüzünə uyğun sanksiyalar tətbiq ediləcək".

 

Pravda.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Emanuel Makron bildirib.

 

"Rusiyanın ötən gecə Ukraynaya kütləvi hərbi hücuma keçməsi düşünülmüş addım idi. Rusiya hakimiyyətinin üzərinə götürdüyü bütün öhdəliklərə zidd olaraq əsas prinsipləri pozur. Fransa Ukraynanı dəstəkləyir. Ukraynanın azadlığı bizim azadlığımızdır” - Makron bildirib.

 

Fransa prezidenti bildirib ki, Putin son onilliklərdə Avropada sülh və sabitliyə qarşı ən ciddi təhlükəni həyata keçirir: “Biz müttəfiqlərimiz və avropalı tərəfdaşlarımızla birlikdə bunun qarşısını almaq üçün əlimizdən gələni etdik”.

 

Leyla

Tarix: 24 Fevral 2022, 21:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin